Şamaxıda qəsdən yanğın törədən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.Bu barədə 27 iyul tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə rayonun Məlcək kəndi ərazisində qeydə alınıb. Xidmətdə olan polis əməkdaşları bir nəfərin əkin sahəsini yandırdığını aşkar ediblər.
Yanğını törədən şəxsin kənd sakini Cavidan Dəmirzadə olduğu müəyyən edilib. Ətraf ərazilər yanğından mühafizə olunub.
Kənd sakini ilə profilaktiki söhbət aparılıb və barəsində “Əkin yerinin yandırılması” maddəsi ilə protokol tərtib edilib.
Digər oxşar hadisəni törədən - Qaravəlli kəndi ərazisində əkin sahəsini yandıran Mənəf İsmayılov barəsində də inzibati tənbeh tədbiri tətbiq olunub.