Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib. Bu barədə İnsanoid bu gün, 9 oktyabr tarixində xəbər verir.
Müğənni sosial media hesabında hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.
İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-nin İsrailə hücumundan sonra sığınacağa yerləşdirilmişdilər.