Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda aprelin 25-də APA məlumat paylaşıb.
Hadisə Yeni Həyat kəndində baş verib. "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada ağır xəsarətlər alıb və yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma başladılıb.