Şəmkirin Elpərəs Hüseynov küçəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 4-də Report xəbər verib.
“NİVA” markalı avtomobil yolu keçən 16 yaşlı piyadanı vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.