Şəmkirdə fərdi yaşayış evi yanıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Rayonun Şiştəpə kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər.
Evin qalan hissəsi yanğından mühafizə olunub.