Şəmkir rayonu, Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verib. İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
“Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb", - deyə məlumatda qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.