Şəmkir rayon Yuxarı Seyfəli kəndində beşotaqlı ev və bir avtomobil yanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 24 oktyabr tarixində xəbər verib.
Şəmkir rayon sakini, 39 yaşlı A.Aslanova məxsus birmərtəbəli beşotaqlı evin 170 kvadratmetr sahəsi, həmçinin həyətdə olan "Mercedes" markalı minik avtomobili yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.
Yanğının səbəbləri araşdırılır.