Şəmkirdə yanğın hadisəsi baş verib. Bu barədə APA 12 oktyabr tarixində xəbər verib.
Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.