Şəmkirdə baş verən yol qəzasında xəsarət alanlar olub. Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Şeidlər kəndində qeydə alınıb. "KamAZ" markalı yük avtomobili minik avtomobili ilə toqquşub.
Nəticədə 41 yaşlı İ. Məmmədov və həmyaşıdı H. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.