Şəmkirin Şeyidlər kəndində yerli sakin ehtiyatsızlıqdan hovuza düşərək ölüb. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.
Hadisə kəndin məktəbində qeydə alınıb. Orada işçi olaraq çalışan 40 yaşlı Uğuzova İradə Oruc qızı məktəbin hovuzundan su götürən zaman ehtiyatsızlıqdan ora yıxılıb.
Qadın boğularaq ölüb.
Qeyd edək ki, mərhum ailəli olub, 2 qızı qalıb. Qadın məktəbdə ocaqçı olaraq çalışırmış.
Faktla bağlı araşdırma aparılır.