Şəmkirdə qohumu 1 yaşlı körpəni avtomobillə vuraraq öldürüb. Bu barədə Report 10 oktyabr tarixində xəbər verib.
Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Belə ki, Ramin Həsənov idarə etdiyi “Hyundai SantaFe” markalı avtomobillə qohumuna məxsus fərdi yaşayış evinin qarşısında 2022-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.