Samux rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə 4 oktyabr tarixində Report məlumat verib.
Samux rayon Çobanabdallı kəndində 1968-ci il təvəllüdlü Natiq Abdullayev özünü asaraq intihar edib.
Hadisənin səbəbləri hələ məlum deyil. İntihar edən şəxsin psixoloji problemləri olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.