2022-ci ilin ilk rübündə sənaye zonaları tərəfindən 662,7 milyon manat dəyərində məhsul satılıb. Bu barədə 22 aprel tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Məlumata əsasən, sözügedən məbləğin 304,1 milyon manatı ixracın payına düşüb. “Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 81,4%, ixrac isə 153,2% artıb”, - məlumatda bildirilib.
Bu ilin ilk rübündə #sənayezonaları tərəfindən 662,7 milyon manat dəyərində məhsul satılıb və bu məbləğin 304,1 milyon manatı #ixrac-ın payına düşüb. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 81,4%, ixrac isə 153,2% artıb.#EconomyAz pic.twitter.com/fxKHcUiGvv
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 22, 2022