Şərur rayonunun Mahmudkəndində yas mərasimlərində 3,7,40 və il ehsanlarının verilməsi ləğv edilir. Bu barədə 11 sentyabr tarixində İnsanoid kəndin İnstagram sosial şəbəkəsindəki hesabına istinadən məlumat yayıb.
“Mahmudkənd sakinlərinin nəzərinə:
Hörmətli həmkəndlilər, dəyərli dostlar, nəzərinizə çatdırmaq istəyirik ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixdən yas mərasimlərində 3,7,40 və il ehsanlarının verilməsi ləğv edilir.
Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək!
Hörmətlə: KƏND AĞSAQQALLARI”, - məlumatda qeyd olunub.
View this post on Instagram