Şərur rayon sakinindən "Kalaşnikov" markalı avtomat götürülüb. Bu barədə Report 16 dekabr tarixində xəbər verib.
Şərur rayonunun Aşağı Yaycı kənd sakini, 63 yaşlı Səyyub Zeynalovdan odlu silah götürülüb. Onun həmin silahı Şərur rayonunun Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.