Şərur rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Bu barədə Report 8 yanvar tarixində xəbər verib.
Hadisə rayonun Cəlilkənd kəndi ərazisində qeydə alınıb.
Şərur sakini Hüseyn Orucovun idarə etdiyi 68-BH-979 nömrə nişanlı minik avtomobili ilə Türkiyə vətəndaşı olan Bünyamin Erekin idarə etdiyi yük maşını (TIR) toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü Hüseyn Orucov hadisə yerində ölüb, TIR sürücüsü Bünyamin Erek yaralanıb.
Faktla bağlı araşdırma aparılır.