Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb.
Bu barədə 6 yanvar tarixində Report Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə istinadən məlumat verib.
Məlumatı Koreya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi yayıb.
Bundan əvvəl, yanvarın 5-də komitə KXDR sahil artilleriyasının Sarı dənizdə yerləşən Yonphyondo və Pennyondo adalarına doğru 200-dən çox mərmi atdığı haqda məlumat vermişdi.