Sinqapur hakimiyyəti 20 ildən sonra ilk dəfə narkotik daşımaqda təqsirli bilinən qadına qarşı ölüm hökmü çıxarıb. Bu barədə İnsanoid bu gün, 29 iyul tarixində APA-ya istinadən məlumat yayıb.
Edam olunan 45 yaşlı Sinqapur vətəndaşıdır. O, 2018-ci ildə 30 qram heroin daşıdığına görə həbs edilib.
Məlumata görə, bu, 2004-cü ildən bəri ölkədə qadına qarşı həyata keçirilən ilk ölüm hökmüdür.
Bundan əvvəl Çində uşaqları zəhərləyən uşaq bağçasının müəllimi edam edilib.