Siyəzən sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim edib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir. Siyəzən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 1 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.