“Qızılcadan ölüm halları daha çox ucqar rayonlarda olan uşaqlarda müşahidə edilir”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
Bu barədə 22 dekabr tarixində APA məlumat verib.
“Uşağın temperaturu yüksəldiyi, səpdiyi halda, həkimə müraciət gecikirsə, ya xəstəxanaya qədər, ya da xəstəxanada ölüm halı qeydə alına bilir. Buna görə valideynlərə bildiririk ki, uşağın temperaturu yüksəkdirsə, səpgi varsa, birbaşa həkimə müraciət etmək lazımdır. Bu zaman həkim uşağın xəstəxanada, yoxsa evdə müalicə almasını uyğun bilir. Əgər uşaq evdə müalicə alacaqsa, bu zaman ona bütün lazımi tibbi yardım göstərilir”, - o qeyd edib.