Şabranda bədbəxt hadisə baş verib. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 22 noyabr tarixində məlumat verir.
Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 24 yaşlı Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.