Məşhur blogerlər - Ulvi və Fatimə cütlüyünün övladında epilepsiya xəstəliyi aşkarlanıb. Bu barədə İnsanoid bu gün, 1 avqust tarixində xəbər verir.
Yaxın günlərdə cütlük oğlu Xanın sağlamlığı ilə bağlı onu yoxlanışdan keçirib. Analizlərin nəticələrinə əsasən, onların övladında epilepsiya xəstəliyi aşkarlanıb.
Bu səbəbdən onlar 154 kv.m-lik evlərini 310 min manata satışa çıxarıblar.
“Xan artıq tək qalmamalıdır. Bu səbəbdən evi satıb, qaynanamgilə köçürük”-, deyə bloger öz səhifəsində qeyd edib.
Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir. Bu xəstəlik tutmalar şəklində baş verir. Bu tip tutmalar arasındakı müddətdə isə xəstə sağlam bir insandır. Nəzərə almaq lazımdır ki, şəxsin həyatında yalnızca bir dəfə tutma keçirməsi onun epilepsiya xəstəsi olduğu anlamına gəlmir.