Tərtərdə avtomobil velosipedçini vuraraq öldürüb. Bu barədə APA 7 iyul tarixində xəbər verib.
Rayonun Düyərli kəndində Məftun Abdullayev idarə etdiyi "VAZ-21703" markalı avtomobillə 20 yaşlı velosipedçi Namiq İlyasovu vurub, daha sonra avtomobili beton dirəyə çarpıb.
Hadisə nəticəsində velosipedçi, avtomobilin sürücüsü və sərnişinləri - 25 yaşlı Tünzalə Abdullayeva, 2 yaşlı Nilay Abdullayev xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, velosipedçi Namiq İlyasov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.