Tərtər rayonunun Mamırlı kəndi ərazisində yanğın olub. Bu barədə 5 fevral tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Hadisə səhər saatlarında açıq ərazidə baş verib. Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri alovun genişlənməsinin qarşısını alaraq onu söndürüblər.
Yanğın nəticəsində 2,5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı məktəb binası və ağaclar mühafizə olunub.