Tərtərdə meşə zolağında yanğın baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 9 fevral tarixində xəbər verir.
Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nəticədə 0,8 ha sahədə quru ot və kol-kos yanıb.
Meşə zolağı yanğından mühafizə olunub.