Tərtər rayonunda xeyli sayda sursat aşkar edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 1 dekabr tarixində xəbər verir.
Daxili işlər orqanlarının əməkdaşları xidmətdə olan zaman rayonun Təpəkənd kəndi ərazisindən 25 mindən çox müxtəlif çaplı patronlar və 33 müxtəlif növ mərmi aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.