29-30 aprel 2022-ci il tarixlərində "Four Seasons Hotel Baku"da “Təsviri sənətə səyahət” adlı satış-sərginin açılış mərasimi təşkil ediləcək. Bu haqda aprelin 25-də Mədəniyyət Nazirliyi məlumat yayıb.
Sərgidə rəngkarlıq, heykəltaraşlıq, keramika, qobelen və digər nümunələrin satışı həyata keçiriləcək.
Məqsəd gənc istedadlara maddi və mənəvi dəstəyin göstərilməsi, onların yaradıcılığının geniş ictimaiyyətə təqdim edilməsidir.