Tayvan sahilində zəlzələ olub. Bu barədə İnsanoid adanın Mərkəzi Hava İdarəsinə istinadən bu gün, 30 may tarixində xəbər verir.
Yeraltı təkanların episentri ölkənin Hualyan qəzasından 22,8 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 17,9 km dərinlikdə olub.
Bundan başqa, adıçəkilən bölgədən 12,7 km şərqdə isə 5,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Bildirilib ki, zəlzələnin ocağı 17,1 km dərinlikdə yerləşib.
Bölgədə tələfat və dağıntı barədə məlumat verilməyib.
Aprelin 27-də Tayvanda 6,1 maqnitudalı zəlzələ baş vermişdi.