Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.
Bu barədə 15 yanvar tarxində Report TƏBİB-yə istinadən məlumat verib.
"Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvarda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunub", - məlumatda bildirilib.