“Tesla” şirkəti 2025-ci ilin ortalarında “Redwood” adı altında yeni elektrikli avtomobil modelini satışa çıxarmağı planlaşdırır. Bu barədə 24 yanvar tarixində Report "Reuters"ə istinadən məlumat verib.
Avtomobilin ilkin qiyməti təxminən 25 min dollar olacaq. Avtomobilin aşağı qiyməti şirkətə rəqibləri ilə rəqabət aparmağa imkan verəcək.
Məlumata görə, “Tesla” həftədə təxminən 10 min yeni nəsil elektrikli avtomobil istehsal etmək niyyətindədir.