Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 22 yanvar tarixində xəbər verir.
Rayonun “Dəmiryol keçidi” adlanan ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.