Türkiyənin Trabzon şəhərinin Tonya rayonunun bələdiyyə sədri Osman Beşel vəzifə yerində döyülüb. Bu barədə İnsanoid NTV-yə istinadən bu gün, 25 may tarixində xəbər verir.
Ötən gün axşam saatlarında Tonya bələdiyyəsində işləyən H.U. və H.K. adlı iki nəfər verilmiş tənbehə görə bələdiyyə sədri Beşelin otağına daxil olaraq, onu döyüb.
Hücum edən şəxslər polis tərəfindən saxlanılıblar.
Osman Beşel Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvüdür. O, son yerli seçkilərdə səslərin 43,04 faizini toplayaraq, sözügedən rayonun bələdiyyə sədri seçilmişdi.