Türkiyə Hakimlər Komitəsi “Ankaragücü” – “Rizəspor” qarşılaşmasında baş verənlərlə bağlı bəyanat yayıb. Bu barədə İnsanoid Türkiyə mətbuatına istinadən bu gün, 12 dekabr tarixində xəbər verir.
Komitə hadisəni qınayıb, yaşananları lənətlədiyini bildirib:
“Bu hücum təkcə hakimlərimizə deyil, türk futboluna qarşı atılmış bir addımdır. Bütün hüquqi prosesləri izləyəcək, hadisə iştirakçılarının lazımi cəza alması üçün əlimizdən gələni edəcəyik”.
Hadisədən sonra Türkiyə aktiv futbol hakimləri və müşahidəçilər dərnəyi açıqlama verərək, referiləri matçlara çıxmamağa çağırıb.