Türkiyə İsraildəki səfiri Şakir Özkanı geri çağırıb. Bu barədə İnsanoid TRT Haber-ə istinadən bu gün, 4 noyabr tarixində məlumat verir.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya əsasən, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi və mülki şəxslərə hücumlarını davam etdirməsi səbəbindən Türkiyənin Təl-Əvivdəki səfiri Ankaraya çağırılıb.