Türkiyənin "Kasımpaşa" komandasının baş məşqçisi Kemal Özdeş istefa verib. Bu barədə İnsanoid klubun rəsmi saytına istinadən bu gün, 27 noyabr tarixində xəbər verir.
53 yaşlı mütəxəssis ötən gün "Konyaspor"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra vəzifəsindən ayrılıb.
2016-cı ildə də İstanbul təmsilçisinə rəhbərlik etmiş Kemal Özdeş cari ilin aprelində yenidən komandaya qayıtmışdı.