Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi İraqın şimalında şəhid olub. Bu barədə 23 dekabr tarixində Report Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Şəhid olan Ramazan Günay, Mehmet Serinkan, İsmail Yazıcı zabit, Yasin Karaca, Şağatay Erenoğlu və Emre Taşkın isə sıravi hərbi qulluqçulardır.
Terrorçular Türkiyə ordusunun hərbçilərinə hücum ediblər. Atışma nəticəsində 3 hərbçi hadisə yerində şəhid olub. Yaralı halda xəstəxanaya çatdırılan 3 hərbçinin də həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə ordusunun cavab atəşi nəticəsində 7 terrorçu məhv edilib.