Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, müxalif Səadət Partiyasının üzvü Hasan Bitmez vəfat edib.
Bu barədə 14 dekabr tarixində Report Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya istinadən məlumat verib.
Onun sözlərinə görə, bütün cəhdlərə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, H.Bitmez ötən gün parlamentdə çıxışı zamanı qəfil yıxılıb və huşunu itirib.
Xatırladaq ki, o, 1969-cu ildə Giresunda anadan olub.