Türkiyədə 4,3 bal gücündə zəlzələ olub. Bu barədə 11 yanvar tarixində TRT Haber Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən məlumat yayıb.
Zəlzələ Muğlanın Datça mahalı sahillərindən təxminən 27,63 kilometr aralıda baş verib.
Yeraltı təkanların ocağının 14,82 kilometr dərinlikdə olduğu müəyyən edilib.