Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada qidadan zəhərlənib. Bu barədə İnsanoid “CNN Türk” ə istinadən bu gün, 15 yanvar tarixində xəbər verir.
Zəhərlənənlərdən 72-si xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur.
Tələbələrin axşam yeməyi zamanı tantunidən zəhərləndikləri bildirilib. Yeməkdən bir müddət sonra onlarda ürək bulantısı, baş gicəllənməsi kimi hallar müşahidə olunub.
Hadisə ilə bağlı tədqiqat başladılıb.