“Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca Türkiyə Superliqasında "Rizəspor"la oyundan sonra meydana çıxaraq qarşılaşmanın baş hakim Halil Umut Melerin sifətinə zərbələr endirib.
Bu barədə İnsanoid Türkiyə mətbuatına istinadən bu gün, 12 dekabr tarixində xəbər verir.
Zərbədən sonra baş hakim qazona yıxılıb və daha bir neçə zərbə alıb. H.U.Meler özü ayağa qalxa bilib.
Melerin aldığı zərbələrin nəticəsində gözü göyərib və almacıq sümüyü çatlayıb. O, hakimlər otağında müalicə olunub.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.
İnsidentdən sonra, Halil Umut Meler hakimliyi buraxmaq qərarı alıb. Bu hadisə dünya mediasında da yer alıb.
Hakimə yumruq atan Faruk Koca isə saxlanılıb.