Mərmərə dənizində yük gəmisi batıb, ekipaj üzvlərinin xilas edilməsinə başlanılıb. Bu barədə İnsanoid Anadolu Xəbər Agentliyinə istinadən bu gün, 15 fevral tarixində məlumat verir.
İmralı adasının cənub-qərbində - Mərmərə dənizində 69 metr uzunluğunda "BATUHAN A" yük gəmisi batıb. Sahil Təhlükəsizlik Xidmətinin Baş İdarəsinə məxsus xilasetmə qayıqları hadisə yerinə yönəldilib.
Türkiyə vətəndaşı olduğu ehtimal edilən 6 nəfərlik heyətin xilas edilməsi üçün tədbirlər həyata keçirilir.