Türkiyənin İstanbul şəhərində intihar hadisəsi baş verib. Bu barədə İnsanoid Türkiyə mətbuatına istinadən bu gün, 29 dekabr tarixində xəbər verir.
Şəhərin Maltəpə rayonunda yerləşən ticarət mərkəzində kişi 3-cü mərtəbədən özünü ataraq intihara cəhd edib.
Ətrafdakılar ticarət mərkəzinin 3-cü mərtəbəsində məhəccərlərdən asılı vəziyyətdə qalan şəxsi razı salmağa çalışıblar. Bu zaman iki nəfər intihara cəhd edən şəxsi tutmağa çalışıb.
Kişi əllərini buraxaraq özünü boşluğa atıb. Bu zaman ticarət mərkəzində olan vətəndaşlarda böyük qorxu və təşviş yaşanıb.