Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi baş verib. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 14 fevral tarixində xəbər verir.
Ölkənin daxili işlər naziri Əli Yerlikaya hadisə zamanı mədəndə olan doqquz nəfər əməkdaşla əlaqə saxlamağın mümkün olmadığını bildirib.
Hazırda mədən sahəsində 400 nəfərlik şəxsi heyətin iştirakı ilə axtarış-xilasetmə işləri aparılır.