Türkiyənin Kayseri bölgəsində SF-260D tipli təlim təyyarəsi qəzaya uğrayıb. Bu barədə İnsanoid Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən bu gün, 4 iyun tarixində xəbər verir.
Hadisə səhər saat 10:00 radələrində baş verib. Qəza nəticəsində 2 pilot şəhid olub.
Qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.