Türkiyənin Malatya bölgəsinin Yeşilyurt şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) bildirilib ki, zəlzələ ocağı 17,3 kilometr dərinlikdə yerləşib. AFAD-a itki və dağıntılar barədə məlumat daxil olmayıb.