Ucarda əmisi oğluna xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsanoid bu gün, 4 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə ötən gün rayonun Qazyan kəndində baş verib. Kənd sakini Ə.Hüseynli kəsilmiş-deşilmiş xəsarət alıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmkəndlisi və əmisi oğlu D.Abdullayev saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.