Bu gün, aprelin 27-də saat 09:00-dan etibarən Ucar və Zərdabda qaz təchizatında fasilə yaranacaq. Bu haqda “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Buna səbəb qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və siyirtmənin quraşdırılmasıdır.
Təmir müddətində Zərdab rayonunda tam olaraq, Ucar rayonunda isə 8 kənddə qaz təchizatında fasilələr olacaq.