Ucarda azyaşlını maşın vurub. Bu barədə APA 29 dekabr tarixində xəbər verib.
Hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb.
Rayonun 28 yaşlı Bərgüşad kənd sakini Aydın Müslümzadənin idarə etdiyi "VAZ 2107" markalı minik maşını Ucar şəhər 4 nömrəli orta məktəbin 7 yaşlı şagirdi Məryəm Nurizadəni vurub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.