Ucarda ağır yol-nəqliyyat hadisəsi olub. Bu barədə APA 14 dekabr tarixində xəbər verib.
Rayonun Heydər Əliyev prospektində “Mercedes” markalı 99-LK-537 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada, 67 yaşlı Ucar rayon sakini Nəriman Abdulrəhmanovu vurub.
Ağır xəsarət alan zərərçəkəni sürücü öz avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıb.
Həkimlərin zəruri tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada ölüb.
İlkin ehtimala görə, hadisəyə əsas səbəb prospektin işıqlandırılmaması olub.
Prospektin qaranlıq olması səbəbindən analoji hadisələr ərazidə tez-tez baş verir.
Faktla bağlı araşdırma aparılır.