Bu gün səhər saatlarında Ucar rayonunun Alpout kənd sakini T. Tağıyev tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Bu barədə 17 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İlkin araşdırma zamanı hadisənin rayonun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən olunub.
Faktla bağlı araşdırmalar aparılır.
***
14:48
Ucarda 33 yaşlı sakin güllələnib. Bu barədə 17 avqust tarixində APA xəbər verib.
Hadisə bu gün rayonun Ramal kəndində çayxanada qeydə alınıb.
Rayonun Alpout kənd sakini, 33 yaşlı Tural Musa oğlu Tağıyevin çayxanada çay içərkən güllə yarası aldığı bildirilib.
O, Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Daha sonra isə Göyçay Rayon Xəstəxanasına göndərilib.
Atəşin kim tərəfindən və hansı səbəbdən açılması barədə hələlik məlumat yoxdur.